Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yamal final öncəsi məşqi buraxdı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
İspaniya millisinin ulduzu Lamin Yamal DÇ-2026-nın finalı öncəsi komandanın məşqində iştirak etməyib.
QOL.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Bildirilir ki, 19 yaşlı cinah oyunçusu yarımfinal matçında aldığı zərbələrin təsirini hələ də hiss edir. Bu səbəbdən məşqçilər korpusu onun sağlamlığını riskə atmamaq üçün futbolçunun qrup məşqinə qatılmasına icazə verməyib.
Bununla yanaşı, həkimlər Yamalın durumunu yaxından izləyirlər və onun final görüşünə hazır olacağı gözlənilir.
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın finalında Argentina ilə qarşılaşacaq.