Yamal Flikə müraciət etdi

16.09.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Yamal Flikə müraciət etdi

“Barselona”nın futbolçusu Lamin Yamal baş məşqçi Hans Diter Flikdən hücumçu Həmzə Əbdülkərimə daha çox oyun vaxtı verməsini istəyib.

QOL.az xəbər verir ki, “El Nacional” nəşrinin məlumatına görə, 19 yaşlı futbolçu misirli hücumçu ilə meydanda yaxşı anlaşa biləcəyini düşünür. Yamal Əbdülkərimi oyun üslubuna görə Robert Levandovskiyə bənzədir.

Qeyd edək ki, Həmzə Əbdülkərimin bu mövsüm “Barselona”da oynamaq imkanları məhdud olub. O, La Liqada yalnız bir matçın son dəqiqələrində meydana çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью