Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Barselona”nın və İspaniya milli komandasının futbolçusu Lamin Yamal karyerasında ilk dəfə qatılacağı dünya çempionatı öncəsi həyəcan hiss etmədiyini etiraf edib.
İdman.Biz xəbər verir ki, 18 yaşlı vinger klub mövsümünün son hissəsini buraxsa da, mundialın startına qədər bərpa olunmağa çatmalıdır.
“Əgər nə etməli olduğumu bilməsəydim, həyəcanlanardım. Məsələn, başqa iş axtarsaydım. Mən heç vaxt işləməmişəm, ona görə də yəqin ki, bunun öhdəsindən pis gələrdim. Futbolda isə hər şey fərqlidir, çünki bütün həyatım boyu bununla məşğul olmuşam”, – deyə Yamal bildirib.
İspaniya millisi qrup mərhələsində Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvay yığmaları ilə qarşılaşacaq.