Yamal ingilis futbolçunu təhqir edib UEFA dan cəza gələcək...

16.11.2026

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə İspaniya millisinin hücumçusu Lamin Yamal İngiltərə ilə oyunda rəqib komandanın yarımmüdafiəçisi Elliot Andersonu təhqir edib. Nüfuzlu “Marca” nəşrinin yazdığına görə, hadisə UEFA Millətlər Liqasının VI turunda keçirilən İspaniya – İngiltərə matçında baş verib. Görüşün 63-cü dəqiqəsində Anderson Yamalı kobud şəkildə yıxdığı üçün birbaşa qırmızı vərəqə alıb. Həmin vaxt hesab 3:0 İngiltərənin xeyrinə olub.

Nəşrin məlumatına görə, hakim penalti təyin etdikdən sonra futbolçular arasında mübahisə yaranıb. Yamal rəqibinə tərəf dönərək ona iki dəfə “axmaq” deyib, daha sonra isə meydanı tez tərk etməsini işarə edib. Onun UEFA tərəfindən cəzalandırılacağı bildirilir.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью