Yamal İspaniya millisinin əfsanələrini geridə qoydu

30.09.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya milli komandasının gənc ulduzu Lamin Yamal milli komandadakı qolları ilə növbəti tarixi göstəriciyə imza atıb.

Fanat.Az xəbər verir ki, "Barselona"nın ulduz futbolçusu milli forma altında 9-cu qolunu vuraraq diqqət mərkəzinə düşüb.

Bu nəticə ilə gənc hücumçu İspaniya futbolunun əfsanəvi adları Xuanito və Qaiska Mendiyetanı geridə qoymağı bacarıb.

Meydana çıxdığı 35 matçda 9 qola imza atan ulduz futbolçu Xuanitonun 34 oyundakı 8 və Mendiyetanın 40 oyundakı 8 qolluq göstəricisini arxada qoyub.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью