Yamal Kukurelyaya meydan oxudu: “Onu yeyəcəyəm”

02.07.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın “Barselona” futbol klubunun yarımmüdafiəçisi Lamin Yamal “Real Madrid”in müdafiəçisi Mark Kukurelya ilə mümkün qarşıdurmasından danışıb.

İdman.Biz “Goal”a istinadən xəbər verir ki, İspaniya millisində birlikdə çıxış edən futbolçular növbəti mövsümdə La Liqada rəqib olacaqlar.

Yamal Kukurelya ilə söhbətində El Klasiko ilə bağlı zarafatla iddialı fikir səsləndirdiyini bildirib:

“Kukurelyaya dedim ki, ilk El Klasikoda start heyətində olacaq, amma ikincidə yox. Çünki onu sadəcə yeyəcəyəm”.

Hazırda hər iki futbolçu İspaniya millisinin düşərgəsindədir. Komanda DÇ-2026-da H qrupunu birinci pillədə başa vuraraq pley-offa yüksəlib.

Qeyd edək ki, İspaniya 1/16 finalda Avstriya ilə qarşılaşacaq. Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью