Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Barselona"nın futbolçusu Lamin Yamal "Qalatasaray"ın yarımmüdafiəçisi Mario Leminanın onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.
Apasport.az xəbər verir ki, ispaniyalı vinger UEFA Çempionlar Liqasında İstanbul təmsilçisi üzərində 4:1 hesablı qələbədən sonra sosial şəbəkə hesabında paylaşım edib.
Daha əvvəl Yamalı tanımadığını bildirən Leminaya gənc futbolçu "İndi məni tanıdın?" sualını ünvanlayıb.
"Barselona"nın kapitanı Rafinya da komanda yoldaşına dəstək verib: "Düşünürəm ki, indi səni tanıyır".
"Adidas" şirkətinin rəsmi hesabı da paylaşıma münasibət bildirib: "Qardaşımız Yamalın kim olduğunu soruşdu və canlı dərs aldı".
Daha sonra Lemina da Yamalın sözlərini cavabsız qoymayıb: "Əlbəttə, səni tanıyıram. Balaca övladım sənə heyrandır. Təbrik edirəm".
Qeyd edək ki, Yamal "Qalatasaray"la qarşılaşmada qol vurmasa da, 2 məhsuldar ötürmə ilə yadda qalıb və matçın ən yaxşı futbolçusu seçilib.
Yamaldan “Qalatasaray” etirafı: “İkinci qolları ləğv edilməsəydi...” Okan Buruk futbolçularını tənqid etdi: “Oyunu daha yaxşı oxumalıdırlar” A Seriyası klubunda ayrılıq - RƏSMİ “Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi