Yamal Maradonaya çatdı

01.02.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Yamal Maradonaya çatdı

"Barselona"nın gənc futbolçusu Lamin Yamal uğurlu çıxışı ilə tarix yazmağa davam edir.

QOL.az xəbər verir ki, La Liqanın 22-ci turunda "Elçe" ilə matç 18 yaşlı vinger üçün əlamətdar olub.

Bu qarşılaşmada fərqlənən Yamal "Barselona"nın heyətində rəsmi oyunlarda vurduğu qolların sayını 38-ə çatdırıb. Bununla da o, dünya futbolunun əfsanəsi Dieqo Armando Maradonanın Kataloniya klubundakı (1982-1984) göstəricisini təkrarlayıb.

Xatırladaq ki, "Elçe" ilə görüş "Barselona"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin digər qollarını Ferran Torres və Markus Raşford vurub.

Qeyd edək ki, Lamin Yamal cari mövsümdə rəqib qapılarına artıq 13 dəfə yol tapıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью