Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Barselona”nın futbolçusu Lamin Yamal açıqlama verib.
Futbolpress.az xəbər verir ki, “60 minutes” portalına danışan vinger Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib:
“Messi tarixin ən yaxşısıdır. Bilirik ki, mən Messi olmaq istəmirəm. Onun da bunu istəyəcəyini düşünmürəm. Öz yolumla getmək arzusundayam”.
Yamal bu mövsüm 10 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə edib.