Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu

21.06.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu

İspaniya millisinin hücumçusu Lamin Yamal DÇ-2026-da vurduğu qolla ölkə futbolunun tarixinə düşüb.

QOL.az xəbər verir ki, gənc futbolçu Səudiyyə Ərəbistanı ilə qrup mərhələsinin 2-ci tur oyununda fərqlənərək dünya çempionatlarında İspaniya millisinin heyətində qol vuran ən gənc futbolçular siyahısında ikinci pilləyə yüksəlib.

Yamal bu qolu 18 yaş 343 günlük olarkən vurub.

İspaniya millisinin heyətində dünya çempionatlarında qol vuran ən gənc futbolçuların siyahısı belədir:

1. Qavi (DÇ-2022) – 18 yaş 110 gün
2. Lamin Yamal (DÇ-2026) – 18 yaş 343 gün

Maraqlıdır ki, hər iki futbolçu “Barselona”nın məşhur “La Masiya” akademiyasının yetirməsidir.

Qeyd edək ki, Yamal 2023-cü ilin sentyabrında İspaniya millisində debüt edərək yığmanın tarixində həm ən gənc debütant, həm də ən gənc qol müəllifi olmuşdu. DÇ-2026 isə onun karyerasında ilk dünya çempionatıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью