Yamal nə vaxt qayıdacaq?

24.12.2024

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lamin Yamalın son durumu açıqlanıb.

“Barselona”nın zədəli futbolçusu bir müddət oynaya bilməyəcək.
İspaniya klubun mətbuat xidmətinin məlumatına görə, 17 yaşlı vinger təxminən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Yeniyetmə futbolçu La Liqanın “Leqanes”lə son oyununda (0:1) zədələnib. Onun topuğunda birinci dərəcəli zədə aşkarlanıb.
Lamin bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 21 oyuna çıxıb, 6 qol vurub və 12 məhsuldar ötürmə verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью