Yamal Neymara qarşı çıxdı

08.03.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Barselona"nın futbolçusu Lamin Yamal klubun sabiq oyuçusu, hazırda "Santos"da çıxış edən Neymarı geri qaytarmağını istəmir.

QOL.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Kataloniya klubunun bəzi futbolçuları Neymarın transferinə qarşı çıxıblar. Ulduz cinah oyunçusu Lamin Yamal və Fermin Lopez braziliyalını klubda görmək istəmirlər.

Onların ər ikisi Neymarın transferinin komandadakı harmoniyaya və komandanın nəticələrinə mənfi təsir edəcəyini düşünür. "Barsalona"nın bir sıra oyunçuları Neymarın Flikin sisteminə uyğunlaşa bilməyəcəyinə inanırlar.

Daha əvvəl mətbuatda “Barselona”nın Neymarın qayıtması üçün şərt qoyduğunu bildirilmişdi. Kataloniya klubu Neymarın yaya qədər ən azı 15 qol vurmasını istəyir. Bu, onun zədədən sonra yenidən yüksək formada olduğunu təsdiq edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью