Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Yamal niyə komandadan ayrı düşüb?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusu Lamin Yamalın “Valensiya” ilə oyundan əvvəl fərdi məşq etməsinin səbəbini açıqlayıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis 19 yaşlı futbolçunun zədə aldığını bildirib:
“Lamin Yamal zərbə almışdı və ağrı hiss edirdi. Onun üçün ayrıca məşq etməsi daha yaxşı idi. Məşqdən sonra özünü yaxşı hiss etdiyini dedi. O, bizimlə oyuna gedəcək. Sabah isə vəziyyətinə baxacağıq”.
Yamal bu mövsüm La Liqada 3 matçda iştirak edib və 2 qol vurub.
Qeyd edək ki, futbolçunun “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 220 milyon avrodur.