Yamal onunla startda olmaq istəmir

07.04.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Barselona”nın futbolçusu Lamin Yamal polşalı hücumçu Robert Levandovski ilə start heyətdə oynamaq istəmir.

Futbolpress.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb. Yamalın Levandovski ilə münasibətləri yaxşıdır, ancaq o, startda Ferran Torres ilə oynamağa üstünlük verir.

Daha öncə Lamin və Pedri baş məşqçi Hans-Diter Flikə müraciət edərək, Torresin daha çox oynamalı olduğunu deyib.

Levandovski bu mövsüm çempionatda 29 oyunda 25 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью