Yamal özünü Messi ilə müqayisə etdi Mənim hələ 17 yaşım var

02.05.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona"nın hücumçusu Lamin Yamal argentinalı ulduz Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano gənc vunderkindin dediklərini sosial şəbəkə hesabı üzərindən belə təqdim edib:

"Messi ilə müqayisə? O, tarixin ən yaxşısıdır. Mənim isə 17 yaşım var... Onunla müqayisə olunmaq məni daha yaxşı oynamağa həvəsləndirir. Nə qədər çox təzyiq olsa, bir o qədər yaxşı oynamağa çalışıram. Bu, bir növ müsbət təzyiqdir”.

Leonel Messi dünya çempionu və “Qızıl top”un səkkizqat qalibidir. Yamal isə hazırkı Avropa çempionudur.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью