Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lamin Yamal ilə işbirliyi çərçivəsində təşkil olunan "American Eagle" tədbirində maraqlı anlar olub.
“Yeni Sabah” xəbər verir ki, tədbir çərçivəsində keçirilən rep dueli zamanı ifaçılardan biri rəqibinə qarşı söylədiyi qafiyələrdə "Real Madrid"in braziliyalı ulduzu Vinisius Junioru hədəf alıb:
“Amma sən gülünc şeylər edirsən. Bnet meydanda həmişə əsas heyətdə oynayır. Özünü Lamin hesab edirsən, elə bilirsən ki, ulduzsan. Amma sən Lamin deyilsən, Vinisiussan. Çənənə nə olub?” pizza sifarişi
Səhnədə səslənən bu sözləri eşidən Lamin Yamal gülüşünü saxlaya bilməyib və həmin anlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Diqqətçəkən məqam odur ki, Vinisius Junior irqçiliklə mübarizə mövzusunda dəfələrlə meydandan kənarda meydan oxuyaraq şəxsən Lamin Yamala və "Barselona"nın digər futbolçularına açıq dəstək nümayiş etdirmişdi.