Yamal Ronaldonu gözləyir Avstriya ilə matçın ən yaxşısı seçildi

03.07.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

İspaniya millisinin futbolçusu Lamin Yamal DÇ-2026-nın 1/16 finalında Avstriya ilə oyundan sonra açıqlama verib.

Apasport.az xəbər verir ki, 19 yaşlı vinger 1/8 finalda Kriştiano Ronaldo ilə üz-üzə gəlməyin onun üçün xüsusi olacağını bildirib.

“Dünya çempionatında 1/8 finalda Portuqaliya - Kriştiano Ronaldo ilə qarşılaşsaq, bu mənim üçün böyük şərəf olar”, - deyə Yamal qeyd edib.

Yamal həmçinin Avstriya ilə matçın ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, İspaniya Avstriyanı 3:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Komanda növbəti mərhələdə Portuqaliya - Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq.

“Neftçi” yoxlama oyununda uduzdu “Nottingem Forest”də ayrılıq - Vitor Pereyra göndərildi Van Qal “Ayaks”dan ayrıldı: Klub rəsmən açıqladı “Qalatasaray”ın türkiyəli futbolçusu Şimali Makedoniya millisini seçdi "Siti"dən 135 milyon avroluq transfer - RƏSMİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью