Yamal sosial mediada şərhləri oxumur

15.03.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Barselona”nın 17 yaşlı cinah oyunçusu və İspaniya millisinin heyətində Avropa çempionu Lamin Yamal sosial media haqda danışıb. SİA xəbər verir ki, Yamal sosial şəbəkələrdə şərhləri oxumadığını bildirib.

“Birinci ildə sosial mediada şərhləri oxuduğumu xatırlayıram, lakin Avro-2024-dən əvvəl insanlar Niko Uilyamsla mənim ispan olmadığımı yazmağa başlayanda bunu dayandırdım.

Adətən sizin haqqınızda pis şeylər yazanda bu, onların azarkeşlik etdiyi komandada olmamağınızdan irəli gəlir, yaxşı şeylər yazanda isə əksinə olur. Əgər kimisə dinləməliyəmsə, bu, məşqçi, kapitanlar, komandadakı insanlar, mənim ailəmdir. Bunlar fikirləri önəmli olan insanlardır”, – Yamal DAZN-ə müsahibəsində deyib.

Yamal İspaniyada yaşayan mərakeşli ata və Ekvatorial Qvineyadan olan ananın övladıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью