Yamal sosial mediadan təcrid olunmaq üçün mütəxəssislərə müraciət edib

05.02.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Barselona” və İspaniya yığmasının hücumçusu Lamin Yamal sosial mediada iştirakını məhdudlaşdırmaq qərarına gəlib.

İdman.Biz bu barədə fichajes.com saytına istinadən bildirir.

Məlumata görə, bu, 18 yaşlı oyunçunu tənqidlərdən və medianın ajiotajından qorumaq, ona soyuqqanlılıq nümayiş etdirmək üçün nəzərdə tutulub.

Jurnalist Xose Alvaresin “El Chiringuito” televiziyasında verdiyi məlumata görə, Lamin rəqəmsal alımdən təcrid olunmaq üçün yeni mütəxəssislər cəlb edib.

“Onunla işləyən insanlarda peşəkar dəyişikliklər olub. Yeni mütəxəssislər gəlib və onu müəyyən bir istiqamətə yönəldiblər. Məsələn, onlar onun sosial mediaya yanaşmasını dəyişdiriblər.

Lamin daha az paylaşım etməyə başlayıb və paylaşım etdikdə, hər şey futbol və “Barselona” ilə bağlıdır. Onlar ona sosial medianı başa düşməyə kömək ediblər. O, futbola diqqət yetirib və bir az uzaqlaşıb”, - Alvares deyib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью