Yamal üçün 250 milyonluq təklif

19.11.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona" rəhbərliyi PSJ-nin Lamin Yamalın transferi üçün 250 milyon avro təklif etdiyini təsdiqləyib. Sport24.az xəbər verir ki, "Barselona"nın prezidenti Xuan Laportanın müşaviri bildirib ki, PSJ əslində bu yay hücumçu Lamin Yamalın transferi üçün 250 milyon avro təklif edib:

"PSJ Yamal üçün 250 milyon avro təklif etmişdi. Ancaq Laporta onu heç düşünmürdü. Lamini satmaq mümkün deyildi".

17 yaşlı ispaniyalı hücumçu cari mövsüm "kataloniyalılar"ın formasıyla iştirak etdiyi 16 matçda 6 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью