Yamal və Bonmati mükafata layiq görülüblər

20.11.2024

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniyanın "Barselona" klubunun futbolçuları Lamin Yamal və Aytana Bonmati "2024 Barça Players Award" mükafatına layiq görülüblər.

Adalet.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bu mükafat onlara ötən mövsüm həm meydanda, həm də ondan kənarda nümunəvi davranışlarına, həmçinin klubun dəyərlərini qoruduqlarına görə "Agrupacio Barça Jugadors" (Barselona Oyunçular Birliyi) tərəfindən verilib.

Qeyd edək ki, L.Yamal ötən ay Avropada ilin ən yaxşı gənc futbolçusu mükafatına layiq görülüb. A.Bonmati isə bu ilin yanvarında FIFA tərəfindən ən yaxşı qadın futbolçu seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью