Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Barselona"nın hücumçusu Lamin Yamal İspaniya çempionatının 7-ci turunda "Sevilya"ya qarşı keçirilən oyunun (3:1) yekunlarına əsasən növbəti nailiyyətə imza atıb.
Redaktor.az "Opta"ya istinadən xəbər verir ki, 19 yaşlı vinger iki məhsuldar ötürmə edərək Kataloniya komandasının heyətində bütün turnirlər üzrə assistlərinin ümumi sayını 159 matçda 51-ə çatdırıb.
İspaniya La Liqası: "Barselona" "Sevilya"nı məğlub etdi - Video
Yamal yubiley - 50-ci məhsuldar ötürməsini 19 yaş 68 günlüyündə rəsmiləşdirib. Bu, onu ən azı 2013/14 mövsümündən (statistikaların toplanmağa başladığı vaxtdan) bəri bu göstəriciyə çatan ən gənc La Liqa oyunçusu edib.
Əvvəlki rekord Vinisius Juniora məxsus idi. Braziliyalı "Real Madrid"in heyətində 50-ci məhsuldar ötürməsini 2023-cü ilin mayında 22 yaş 298 günlüyündə edib.
51 məhsuldar ötürmə ilə yanaşı, Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 57 qol vurub.