Yamal zədəsindən danışdı Əslində, bir müddət kənarda qalanda...

28.12.2024

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona"nın zədədən əziyyət çəkən ulduz yarımmüdafiəçisi Lamin Yamal durumundan danışıb.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

“Zədədən əvvəlki formamdan da yaxşı vəziyyətdə qayıdacağam. Daha böyük istəklə hazırlaşacağam. Əslində, bir müddət kənarda qalanda, oyununu qiymətləndirməyə başlayırsınız. Tezliklə geri dönüb komandama kömək etmək istəyirəm”. 

Xatırladaq ki, 17 yaşlı futbolçu dekabrın ortalarında sağ topuq nahiyəsindən xəsarət alıb. O, 3-4 həftəlik yaşıl meydanlardan kənarda qalacaq.

Yamal bu mövsüm bütün turnirlərdə 21 oyunda iştirak edib, bu matçlarda 6 qol vurub və komanda yoldaşlarına 12 məhsuldar ötürmə edib. 

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью