Yamaldan daha bir tarixi uğur

10.04.2025

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


“Barselona”nın cinah hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasında yeni tarixi uğura imza atıb.
Yeniavaz.com
xəbər verir ki, 17 yaşlı ispan əsas avrokubok turnirində 18 yaşa qədər 20 oyun keçirən tarixdə ilk futbolçu olub.
Qeyd edək ki, bu mövsüm gənc vinger “Barselona”nın bütün turnirlərində 43 oyunda iştirak edib. O, bu oyunlarda 14 qol vurub və 20 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir.
“Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью