Yamalı Messi ilə müqayisə edənlərə cavab verdi | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Barselona"nın idman direktoru Deko Lamin Yamal ilə müqavilənin uzadılmasına münasibət bildirib.
SİA xəbər verir ki, 17 yaşlı vingerin Lionel Messi ilə müqayisə olunmasından da danışıb: “Lamin, Lamindir, Leo isə Leo.
Messi bu klubun tarixində ən yaxşı oyunçudur, mənim üçün isə futbol tarixində ən yaxşısıdır. Hamı Laminin futbol oynayışına heyran qalır.
Siz stadionda onu izləmək üçün pul ödəyərdiniz. Yamal qeyri-adi oyunçudur və o, layihəyə inandığı üçün qalmaq istədi.
Daha yüksək maaşı haqq edir. O, dünyanın ən yaxşı futbolçularından biri olacaq.
Biz onu oyunçu kimi hörmətlə qarşılamalıyıq, lakin unutmayaq ki, o, hələ 17 yaşındadır.
Müqayisə aparmaq çətindir, amma keyfiyyət baxımından Lamin Leo kimi tarixə düşə bilər. Əlbəttə, bunun üçün ona yaxşı komanda da lazımdır.
Tam oxu
Xəbəri oxu