Yamalın atası finalı stadiondan izləməyəcək

19.07.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Yamalın atası finalı stadiondan izləməyəcək

İspaniya millisinin futbolçusu Lamin Yamalın atası Munir Nəsraui DÇ-2026-nın finalını stadiondan izləyə bilməyəcək.

QOL.az xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb.

Bildirilir ki, Nəsraui səhhətindəki problemlər səbəbindən ABŞ-a səfər etməkdən imtina edib. O, epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildirib:

"Hər gün çoxlu dərman qəbul edirəm. Güclü emosiyalar və stress epileptik tutmaya səbəb ola bilər. Buna görə də nə öz sağlamlığımı, nə də ətrafımdakı insanların təhlükəsizliyini riskə atmaq istəmədim".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью