Yamalın atası jurnalistlərlə mübahisə etdi

14.07.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Yamalın atası jurnalistlərlə mübahisə etdi

İspaniya millisinin ulduzu Lamin Yamalın atası Munir Nasraui jurnalistlərlə gərgin anlar yaşayıb.

QOL.az xəbər verir ki, "Tribuna" nəşrinin məlumatına görə, bir qrup jurnalist Yamalın atasına yaxınlaşaraq oğlunun son uğuru münasibətilə onu təbrik etmək istəyib. Lakin Nasraui bu diqqətdən narazı qalıb və media nümayəndələrinə sərt reaksiya verib.

"Nə istəyirsiniz, telefonu sizə atım? Zəhmət olmasa, hörmət edin", - deyə o jurnalistlərə bildirib.

Qeyd edək ki, Munir Nasraui DÇ-2026 zamanı tez-tez tribunadan və sosial şəbəkələr vasitəsilə oğlu Lamin Yamala dəstək verməsi ilə diqqət çəkib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью