Yamalın butsının altında nə yazılıb? Video

01.12.2024

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Dünən İspaniya La Liqasının 15-ci turunda “Barselona” klubu öz meydanında "Las Palmas"a 1:2 hesabı ilə məğlub olub.
Yeniavaz.com
xəbər verir ki, oyuna 2-ci hissədə daxil olan “Barselona”nın gənc ulduzu Lamine Yamalın ayaqqabısının (buts) altındakı yazı mediada və sosial şəbəkələrdə oyunun nəticəsindən daha çox müzakirə olunub.
Çəkilən görüntülərdən məlum olub ki, Lamine Yamalın butsının altında “Messi” sözü yazılıb.
Qeyd edək ki, altında “Messi” yazılan idman ayaqqabıları Lionel Messinin idman geyimi markası ilə iş birliyinə uyğun olaraq dünyanın müxtəlif yerlərindən seçdiyi 10 gənc futbolçu üçün nəzərdə tutulub.
Altında “Messi” yazılan idman ayaqqabıları Lamine Yamaldan başqa xüsusi olaraq daha 9 futbolçi üçün hazırlanır.
Onu da bildirək ki, bu futbolçuların arasında “Yuventus”da və Türkiyə milli komandasında çıxış edən Kənan Yıldız da var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью