Yamalın evinə basqın etmək istədilər Mühafizəçilər qarşısını aldı

15.07.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniya yığmasının ulduzu Lamin Yamalın evində oğurluğa cəhd olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

Belə ki, soyğunçular səhər saatlarına gənc futbolçunun Esplugues de Llobregatdakı malikanəsinə girməyə cəhd edib. Lakin mühafizə əməkdaşları onların qarşısını alıb. 

Naməlum şəxslər ordan qaçmağı bacarıblar. Hazırda polis hadisəni araşdırır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью