Yamalın “Qızıl topu” qazanmasının qarşısını o alıb?

28.10.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


“France Football”ın baş redaktoru Vinsent Qarsiya Rodrinin “Qızıl top” səsverməsində iştirakının Lamin Yamalın mükafatı qazanmasının qarşısını aldığını bildirib.

"Bakupost" xəbər verir ki, Qarsiya bu barədə mükafatlandırma mərasimindən sonra jurnalistlərə bildirib:

“Səsləri təhlil etsək, görərik ki, dünya çempionu olan İspaniya millisinin futbolçuları arasında səslər Rodri və Lamin Yamal arasında bölünüb. Rodri bu turda Lamindən səs alıb”.

Yamal səsvermədə üçüncü, Rodri isə dördüncü yeri tutub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью