Yamalın rekordunu arxada qoydu!

26.03.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Konstantinos Karetsas Millətlər Liqasının tarixinə yeni rekordçu kimi düşüb.
UEFA-nın saytının məlumatına görə, Yunanıstan yığmasının yarımmüdafiəçisi buna Şotlandiya ilə keçirilən cavab oyununun (3:0) 42-ci dəqiqəsində nail olub. O, turnirin tarixinə qol vuran ən yeniyetmə futbolçu kimi düşüb. Karetsas rəqib qapısına 17 yaş 124 günlüyündə yol tapıb.
O, ispaniyalı Lamin Yamalın bir neçə gün əvvəl müəyyən etdiyi rekordu (17 yaş 253 gün) yeniləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью