Yamalın yeni formaları rekord sayda satılıb

20.07.2025

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

"Barselona" futbol klubu son 24 saat ərzində 70 min ədəd Lamin Yamalın 10 nömrəli formasını satıb.

"Report" COPE-yə istinadən xəbər verir ki, bu, Kataloniya klubu üçün yeni rekord göstəricidir.

"Blauqrana" bu satışdan təxminən 10 milyon avro qazanc əldə edib. Satış həcmi "Barselona"nın proqnozlarını xeyli üstələyib.

Yamalın yeni formaları dünyanın 170-dən çox ölkəsinə göndərilib.

Qeyd edək ki, yeni mövsümdən Yamal 10 nömrə altında çıxış edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью