Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Melissa" qasırğası nəticəsində Yamaykada həlak olanların sayı 28 nəfərə çatıb.
"Report"un "ABC News"a istinadən məlumatına görə, bu barədə baş nazir Endryu Holness bildirib.
O, axtarış-xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının arta biləcəyini qeyd edib.
Əvvəllər 19 nəfərin həlak olduğu barədə məlumat verilmişdi.
Xatırladaq ki, güclü qasırğa 5-ci kateqoriyaya çatıb və oktyabrın 28-də adaya zərbə endirib.