Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
“Qarabağ”ın futbolçusu Renaldo Sefas Yamayka millisinin düşərgəsində zədələnib.
QOL.az xəbər verir ki, o, KONKAKAF Millətlər Liqasında Hondurasla ev matçında sıradan çıxıb. 26 yaşlı vinger matçın 12-ci dəqiqəsində ayağından zədə alıb və əvəzlənməli olub.
Sefasın durumu ilə bağlı hələlik açıqlama verilməyib. Oyun Hondurasın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Sefas sentyabrın 26-da KONKAKAF Millətlər Liqasında Qvatemala ilə matçın əlavə vaxtında qol vuraraq Yamaykaya qələbə (3:2) qazandırmışdı.