Icma.az, futbolpress-az saytına istinadən bildirir.
İtaliyanın “Komo” klubunun qapıçısı Yan Butez Fransa yığmasına dəvət alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.
Butez zədələnən Robin Risserin (“Lans”) əvəzinə heyətə çağırılıb.
Yan Butez bu mövsüm “Komo”da 6 oyunda 5 qol buraxıb.
Fransa yığması Millətlər Liqasında sentyabrın 25-də Türkiyə, 28-də və oktyabrın 5-də Belçika, oktyabrın 2-də isə İtaliya ilə üz-üzə gələcək.