Yanacaq böhranı Rusiyanı çökdürür

03.07.2026

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Rusiyada yanacaq böhranı ölkədə qarşıdurma yaradacaq, xüsusən də yerli əhali mövcud hökumətə qarşı üsyan etmək üçün bundan istifadə edəcək.

Bunu xalqcebhesi.az-a Vətəndaş Cəmiyyəti Naminə
Marifləndirmə İctimai Birliyinin sədri, ekspert Fizuli Kərimov deyib.

O, qeyd edib ki, ölkədə yanacaq çatışmazlığı hər gün daha da pik həddə çatır. Xüsusən, regionlarda yanacağa məhdudiyyət tətbiq edilməsi insanlar arasında da münaqişəyə səbəb olur: "Rusiyanın Ukrayna ərazilərini işğalı və dörd ildən çoxdur müharibəni davam etdirməsi ölkə iqtisadiyyatını iflic vəziyyətə gətirib çıxarıb".

Xatırladaq ki, Ukrayna ordusunun Rusiyanın neft emalı zavodlarına (NEZ) endirdiyi ardıcıl zərbələrdən sonra ölkədə yaranan yanacaq qıtlığı fonunda Moskva Hindistandan benzin almağa başlayıb.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью