Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hörmüz boğazındakı vəziyyət qlobal enerji ehtiyatlarına və təchizat zəncirinə təsirini davam etdirir.
Avtosfer.az xəbər verir ki, yanacaq ehtiyatlarının azalması enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb. Məsələyə münasibət bildirən Əbu-Dabi Milli Neft Şirkətinin rəhbəri Sultan Əhməd əl-Cabirin sözlərinə görə, artan daşınma və logistika xərcləri enerji resurslarının istehlakçılara çatdırılmasını çətinləşdirir.
“Hörmüz boğazında nəqliyyatın hərəkətinin pozulmasından sonra qlobal ehtiyatlardan təxminən bir milyard barel neft istifadə olunub. Bəzi bazarlarda dizel ehtiyatları son 35 ilin müvafiq dövrü üzrə ən aşağı səviyyəyə düşüb, digər bazarlar isə 600 milyard kub mert mayeləşdirilmiş təbii qaz təchizatı çatışmazlığı ilə üzləşir. Böhrandan əvvəl daşınma və logistika xərcləri bir barelin ümumi dəyərinin 5 faizindən aşağı idi. Bu gün isə həmin göstərici 30 faizdən çoxdur” – deyə, direktor bildirib.
İş adamı konkret ad çəkməsə də, qıtlıqla daha çox Avropa ölkələrinin üzləşdiyi məlumdur.
Vüqar