Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?

23.09.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yanacaqdaşıyan sisternlərin üzərindəki narıncı rəngli lövhəyə yəqin sürücülərin çoxu rast gəlib. Bəs bu lövhədəki rəqəmlər nəyi ehtiva edir?

Avtosfer.az xəbər verir ki, 30 1202 və 33 1203 rəqəmləri boş yerə ortaya çıxmayıb, beynəlxalq konvensiyalarla tənzimlənir. 

Bu lövhədə hər rəqəmin öz mənası var. Birinci cərgədəki 3 rəqəmi tezalışan mayeni və onun buxarını bildirir. Əgər təhlükə təkcə mayenin özü ilə bağlıdırsa, 3 rəqəmindən sonra 0 qoyulur. Buxarlanma da təhlükə yaratdığı halda 3 rəqəmi təkrarlanır. Bu səbəbdən, dizel daşıyan sistern 30, benzin isə 33 rəqəmi ilə işarələnir.

Aşağı sıradakı dördrəqəmli ədəd isə konkret mayeni göstərir.BMT-nin standartına görə 1203 rəqəmi benzin və xam neftə aiddir. 1202 nömrəsi dizel yanacağı və qazoylu bildirir. Qaynar bitum daşıyan avtomobillərdə isə nömrələmə 99 3257-dir. 

Bundan başqa, radioaktiv, zəhərli, aşındırıcı maddələrin özünün də müvafiq rəqəmləri mövcuddur.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью