Yanacaqdoldurma məntəqəsi patladı, yaralılar var

17.01.2025

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Türkiyədə yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Kocaelidə qeydə alınıb.
Kocaelinin Körfez rayonunda yanacaq doldurma terminalında baş verən yanğında 4 nəfər xəsarət alıb.
Xəbərdarlıq üzərinə hadisə yerinə xilasetmə, tibb və polis qrupları sövq edilib.
Partlayışda yaralanan 4 nəfərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara aparılıb.
Anar Əliyev
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью