Yanacaqdoldurma məntəqəsində kişi ürək tutmasından ölüb

30.11.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Naxçıvan şəhərində yanacaqdoldurma məntəqəsində kişi ürək tutmasından dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, şəhərdə yerləşən yanacaqdoldurma məntəqələrinin birində Naxçıvan şəhər sakini, 1954-cü il təvəllüdlü Şahbazov Elbrus Səməd oğlu avtomobilinə yanacaq doldurarkən özünü pis edib.

Daha sonra onun vəfat etdiyi məlum olub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

İlkin məlumata görə, E. Şahbazovun ölümünə ürək tutması səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью