Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Ararat vilayətinin Ayqavan kəndində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.
Avtosfer.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Partlayış saat 16:40 radələrində baş verib. İlkin məlumata görə, içərisində maye qaz olan sistern partlayıb.