Yanacaqdoldurma məntəqəsinə gələn maşını qaçırdı

03.03.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Esenlerdə yanacaqdoldurma məntəqəsində çalışan Ciyan Görçin müştəri Tamer Karacanın park etdiyi avtomobili icazəsiz götürərək qaçıb.

Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, buna səbəb sevgilisinin ondan maşını qaçırmasını istəməsi olub. 

Karacanın həyat yoldaşı Elif Ayten Karacanın avtomobilin qarşısını kəsməsindən sonra vəziyyət üzə çıxıb. Ciyan Görçin "Mən maşını oğurlamaq üçün qaçırmadım. Sevgilimlə bir tur atıb qayıdacaqdıq" deyib. 

Karaca ailəsi sözügedən şəxsdən polisə şikayət edib. Faktla bağlı Ciyan və sevgilisi polis idarəsinə ifadəyə çağırılıblar. İstintaq davam edir.(son.xeber.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью