Yanan elektromobili söndürənlərin də həyatı risk altındadır VİDEO

05.06.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Elektromobil yanğını gündəlik baş verməsə də, artıq dünyanın əksər ölkələrində qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, ötən həftə Özbəkistanın Surxandərya vilayıətində “Leapmotor C11” doldurulma zamanı alışıb. Doğrudur, özbək yanğınsöndürənlər cəmi 4 dəqiqə sonra hadisə yerinə çatıb, 6 dəqiqədə elektromobili söndürməyə müvəffəq olublar. 

Lakin, hər yanğının belə uğurla söndürülməsi mümkün deyil. Məsələn, 2024-cü ildə Koreyanın İnçxon şəhərində yeraltı parkinqdə alovlanan “Mercedes-Benz EQE” 150-ə yaxın avtomobili sıradan çıxarıb, 23 nəfər zəhərlənib və ya xəsarət alıb.

Rusiya FHN-in məlumatına görə 2025-ci ildə ölkədə elektrik nəqliyyatının (skuterdən tutmuş tramvayadək) iştirakı ilə 120 yanğın qeydə alınıb. Maraqlıdır ki, yanğınların 40 faizi park edilmiş avtomobillərdə baş verib. Qalan halların 30 faizi doldurma, bir o qədəri isə qəzadan sonra qeydə alınıb.

Elektromobil yanğınının söndürülməsi nə nəzarətdə saxlanılması üçün 100 min litr su tələb olunur. Bura həmçinin, batareyaların çıxarılıb suda saxlanması da daxildir.

Ən əsası isə, elektromobil yanğınını söndürmək daha böyük risk tələb edir: yüksək gərginlik, elektrik xətti, toksik qazlar və təkrar alovlanma yanğınsöndürən və xilasedicilərin həyatına ciddi təhlükə yaradır.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью