Yanan ərazidə minalar partlayır Video

24.07.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ağdamda baş verən yanğın mina partlayışları ilə müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, rayonun keçmiş təmas xəttinə yaxın yerləşən Çıraqlı kəndi ərazisi yanır.

Minalarla çirklənmiş sahədə baş verən yanğın səbəbindən ərazidə vaxtaşırı mina partlayışları baş verir.

Hazırda minalı ərazidə yanğın davam edir. Ərazinin minalanmış olması yanğının söndürülməsi işlərini çətinləşdirir.

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью