Yanan evdən bir nəfərin yanmış meyiti tapıldı

12.02.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərində ümumi sahəsi 50 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin bir otağının döşəməsi 0,5 m² sahədə və dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb, yüksək temperaturdan mətbəx mebeli qismən qarsalanıb.

Modern.az  xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi(FHN) məlumat yayıb.

Bildirilir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью