Yanan gəmi batdı: 148 ölü, 100 dən çox itkin...

19.04.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Konqoda yanan gəminin batması nəticəsində 148 nəfər suda boğulub.

Axar.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı 100-dən çox sərnişin itkin düşüb.

Məlumata görə, göyərtəsində təxminən 500 nəfərin olduğu taxta “HB Kongolo” gəmisi Matankum limanından çıxaraq Konqo çayı ilə Bolomba şəhərinə doğru hərəkət edirmiş.

Mətbəxdə başlayan yanğın qısa müddətdə gəmini bürüyüb. Buna görə sağ qalanların çoxu ağır yanıq xəsarətləri alıb.

İtkin düşənlərin axtarışları davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью