Yandex ə hücumlar: Əməliyyatlar tamamilə dayandırıldı

08.10.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Rusiyanın texnologiya şirkəti Yandex Ryazan vilayətinin Sasovo şəhərində yerləşən məlumat mərkəzinin infrastrukturunun bir hissəsinin zədələndiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, şirkətin yaydığı açıqlamada məlumat mərkəzində əməliyyatların tamamilə dayandırıldığı bildirilib.

Qeyd olunub ki, zərərin aradan qaldırılması və təsirə məruz qalan xidmətlərin bərpası istiqamətində işlər davam etdirilir.

Şirkət vəziyyətin nəzarətdə olduğunu və hadisə nəticəsində xəsarət alan olmadığını bildirib. Yandex-in əsas xidmətlərinin normal fəaliyyətini davam etdirdiyi, lakin bəzi xidmətlərə girişdə problemlərin yarana biləcəyi qeyd olunub.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью