Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev Müdafiə Nazirliyi ilə birlikdə dron hücumlarına məruz qalan “Yandex” şirkətinin məlumat mərkəzlərinin qorunması istiqamətində iş apardıqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Şadayev Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasında keçirilən komitə iclasında şirkətin son vaxtlar görünməmiş miqyasda hücumlarla üzləşdiyini bildirib.
Nazirin sözlərinə görə, hücumların miqyası real vaxt rejimində izlənilir və sektordakı şirkətlər “Yandex”in qarşılaşdığı problemlərin aradan qaldırılmasına dəstək göstərirlər.
Şadayev hücumlara baxmayaraq, “Yandex” xidmətlərinin fəaliyyətini davam etdirdiyini vurğulayıb. O, bunu şirkətin ehtiyat sistemlərinə və infrastrukturunun müxtəlif bölgələrdə yerləşdirilməsinə xüsusi diqqət yetirməsi ilə əlaqələndirib.
Nazir məlumat mərkəzlərinin qorunması istiqamətində işlərin davam etdiyini qeyd edərək deyib: “Rəqəmsal İnkişaf Nazirliyi Müdafiə Nazirliyi ilə birlikdə bu obyektlərin qorunması məsələsini həll edir”.
Aytən Yaşar/ Turkustan.az