“Yandex” Rusiyada bunu da edib...

16.06.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın texnologiya nəhəngi “Yandex” 2025-ci ildə hüquq-mühafizə orqanlarının sorğularına əsasən rekord həcmdə istifadəçi məlumatı təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin açıqladığı şəffaflıq hesabatında qeyd olunub.

Məlumata görə, ötən il “Yandex”ə hüquq-mühafizə orqanlarından ümumilikdə 110 min 767 sorğu daxil olub. Bu, şirkətin tarixində ən yüksək göstəricidir.

Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə bu rəqəm 77 min 979, 2023-cü ildə isə 68 min 969 olub.

Şirkət 2025-ci ildə daxil olan sorğuların 85 faizini – 93 min 647-ni təmin edib. Bu da indiyədək qeydə alınan ən yüksək göstərici sayılır. 2024-cü ildə isə “Yandex” sorğuların 74 faizini təmin etmiş, 26 faizinə rədd cavabı vermişdi.

Sorğuların böyük hissəsi taksi, çatdırılma, karşerinq və elektrik skuterləri xidmətlərini birləşdirən “RideTech” istiqaməti ilə bağlı olub. Bu sahəyə aid 87 mindən çox sorğu daxil olub və onların əksəriyyəti təmin edilib.

“Yandex Yeda”, “Lavka” və Delivery xidmətlərini əhatə edən “FoodTech” bölməsi üzrə də şirkət sorğuların təxminən 88 faizini yerinə yetirib.

Hesabatda qeyd olunur ki, “Yandex ID” hesabları ilə bağlı sorğuların rədd edilmə faizi də azalıb. Nəticədə il ərzində hüquq-mühafizə orqanları 2,3 mindən çox istifadəçi hesabına dair məlumat əldə ediblər.

Qeyd edək ki, 2024-cü ildə “Yandex”in Rusiya biznesinin yenidən strukturlaşdırılmasından sonra şirkətin təsisçisi Arkadi Voloj onun idarəçiliyindən kənarda qalıb. Hazırda “Yandex”in ən böyük sahibi “Konsorsium. Pervıy” adlı qapalı investisiya fondu hesab olunur. Müxtəlif media məlumatlarına görə, sövdələşmədə iş adamı Aleksandr Çaçavanın, neft nəhəngi “Lukoyl”un, eləcə də investorlar Pavel Prass və Aleksandr Ryazanovun strukturları iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью