Yandırılan məktəblinin son durumu AÇIQLANDI

28.04.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Belə ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.

"Yeni Sabah" xəsarət alan məktəblinin son durumu barədə məlumat əldə etmək üçün TƏBİB-ə sorğu ünvanlayıb. 

Sorğuya cavab olaraq qurumdan bildirilib ki, yeniyetmənin müalicəsi Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzində davam etdirilir:

"20 aprel.2026-cı il tarixində yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qalır".

Xatırladaq ki, 2010-cu il təvəllüdlü şagird 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью